Belçikalı deputatdan Azərbaycana dəstək: “Qarabağ Azərbaycan ərazisidir və milli sərhədləri çərçivəsində həll olunmalıdır”

63

Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk  Belçika parlamentinin deputatı Şevket Temizlə Ermənistanın Azərbaycana hücumları,  BMT-nin Təhlükəsizlik Şurasının  qəbul etidyi dörd qətnaməsinin həll olunmaması mövzusunda müsahibə götürüb.

– Şevket bəy, Ermənistan ordusu yenidən Azərbaycana üzərinə hücumlara keçib. Qarabağ ətrafında yenidən müharibə alovlandı. Beynəlxalq birlik nə üçün məsələnin həllinə dəstək olmur?

-Qarabağ problemi bu gün həll olunmayan beynəlxalq problemlərdən biridir. 20 ildən çoxdur ki, aparılan diplomatik səylərin və danışıqların Dağlıq Qarabağ probleminin həlli üçün yetərli olmadığı görülür. Bunu açıq aydın deməkdir.  Problemin həll olunmaması bölgənin təhlükəsizliyinə böyük təhdid yaradır.  Sülhün bərqərar olması üçün bir an öncə hərəkətə keçmək lazımdır. Ermənistan bölgə üçün ciddi təhdid yaradır. Bunu beynəlxalq birlik qəbul etməlidir. Qarabağda beynəxalq hüquq kobud şəkildə pozulur.

– Ermənistan beynəlxalq hüququ heçə sayır…

-Tamamilə razıyam. Ermənilərin Dağlıq Qarabağ və onun ətrafındakı işğalı davam edərkən, tərəflər arasında həll yolu üçün qalıcı bir zəmin yarana bilmədi. Yaranan çıxılmaz mühitdə atəşkəs erməni işğalçı qüvvələri tərəfindən pozuldu. Bu məni narahat edir. Ermənistan ordusu tez-tez Azərbaycana qarşı silahları işə salır.

– BMT-nin 4 qətnaməsi var. Nə üçün icra olunmur?

-1993-cü ildən bəri BMT-nin 4 qətnaməsi (822,852,878,884) Qarabağın erməni qüvvələri tərəfindən işğal olunduğunu etiraf edir və dərhal dayandırıldığını elan etsə də, Ermənistan beynəlxalq qanuna, hüquqa qulaq asmır.

Əvəzində isə Azərbaycan ərazilərinin 20% -i Ermənistan tərəfindən işğal edilib. Bu gündən etibarən Ermənistan BMT qətnamələrində göstərildiyi kimi qeyd-şərtsiz işğala dərhal son qoymalıdır. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan burada üstünlüyünü saxlayır. Qarabağ Azərbaycan ərazisindədir və milli sərhədləri çərçivəsində həll olunmalıdır.