Belçikadakı hücumu İŞİD təşkil edib

    6

    İki gün əvvəl Belçikanın Lyej şəhərində təşkil olunan hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

    Hurriyyet.org-un məlumatına görə, həmçinin araşdırmalar nəticəsində hadisəni törədən silahlının qruplaşma ilə əlaqəsinin olduğu təsdiq edilib.Bildirilir ki, 36 yaşlı terrorçu oğurluq hadisəsinə görə, bir müddət əvvəl həbs olunub. Lakin naməlum səbəbdən o azad edilib.

    Qeyd edək ki, parkda iki xanım polisi və bir dinc insanı qətlə yetirən terrorçu, təhlükəsizlik əməkdaşlarının əməliyyatı nəticəsində məhv edilib. \\metbuat.az