Belçika da Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikrinə düşdü

384
Belçikanın hökumət dairələri yaxın günlərdə Dağlıq Qarabağın müstəqilliyini tanıya bilərlər. Hər şey gün ərzində həll olunacaq.
Belə ki, Belçika Parlamenti 30 noyabrda “Dağlıq Qarabağ respulikasının” müstəqilliyinin tanınmasına dair qərarnaməni müzakirə edəcək. Sənəddə Dağlıq Qarabağ ərazisi “Artsax Respublikası” kimi göstərilir. Bu barədə Sputnik agentliyinin Ermənistandakı şöbəsi xəbər verir. Qətnamə Beılika parlamentinə 18 noyabrda təqdim olunub. 30 noyabrda sənəd parlamentin xarici əlaqələr üzrə nümayəndələr palatasının komissiyasında müzakirə olunacaq.
Qətnamədə Belçika hökuməti nəinki qondarma “AR” müstəqilliyni tanımağa, həmçinin digər ölkələrlə olduğu kimi diplomatik əlaqələr qurulmasına çağırış edilir.