“Belarusdakı vəziyyəti yaxından izləməyə davam edəcəyik” –Aİ

84

 

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və Aİ-nin Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi Belarusdakı prezident seçkilərlə bağlı bəyanat yayıb.

Bu barədə Aİ-nin rəsmi sayında məlumat verilib.

“Avqustun 9-da Belarus Respublikasında prezident seçkiləri keçirildi. Avropa İttifaqı dəfələrlə seçkilərin düzgün keçiriləcəyinə dair ümidlərini ifadə edib.

Seçki gecəsi dinc etirazçılar qeyri-mütənasib və qəbuledilməz dövlət zorakılığı ilə üzləşib. Etirazlarda bir vətəndaşın həyatını itirməsi və bir çoxunun yaralanması barədə məlumat var. Biz zorakılığı qınayırıq və dünən gecə tutulanların hamısının dərhal sərbəst buraxılmalıdır. Belarus hakimiyyəti dinc toplaşmaq hüququna hörməti təmin etməlidir. Sərbəst seçkilər və demokratiya üçün görünməmiş səfərbərlikdən sonra Belarus xalqı indi səslərinin dəqiq sayılacağını gözləyir. Mərkəzi Seçki Komissiyasının Belarus xalqının seçimini əks etdirən nəticələri dərc etməsi vacibdir.

Yalnız insan haqları, demokratiya, azad və ədalətli seçkilərin qorunması Belarusda sabitliyə və suverenliyə zəmanət verəcək”, – deyə bəyanatda qeyd olunub.

Bildirilib ki, Aİ Belarusdakı vəziyyəti yaxından izləməyə davam edəcək. (apa)