Belarusda yeni baş nazir təyin olundu

51

Belarusda Roman Qolovçenko yeni Baş nazir təyin edilib.

Bu barədə ölkə Prezidenti Aleksandr Lukaşenko sərəncam imzalayıb.

Qeyd edək ki, ötən gün Sergey Rumasın başçılıq etdiyi hökumət istefa vermişdi.

A.Lukaşenko yeni hökumətin formalaşdırılmasını avqustun 9-da keçiriləcək prezident seçkilərinə hazırlıqla izah edib.

R.Qolovçenko 2018-ci ilin avqustundan Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri işləyib./trend/