Belarusda seçkisonrası TOQQUŞMALAR – Rezin güllələr, su şırnaqları, yaralı etirazçılar – FOTOLAR

87

Belarusda prezident seçkilərindən sonra gərginlik yaranıb.

Prezident Aleksandr Lukaşenkonun ekzitpol-da 79,7% səs toplaması etirazlara səbəb olub. Minsk və bölgə şəhərlərində xalq etirazları başlayıb.

Belarus Mərkəzi Seçki Komissiyası Bakı vaxtı ilə saat 10:00-da prezident seçkilərinin ilkin nəticələrini açıqlayacağını bildirib. Seçkilərdə seçici fəallığının 84,05% təşkil etdiyi bildirilir.

Minskin mərkəzində ötən gecədən etirazçılar və OMON-çular arasında toqquşmalar qeydə alınıb. Minskin Nemiqa stansiyasından Xlusotv körpüsünə gedən yol insanlarla doludur. Etirazçılar “milis xalqladır”, “Yaşa, Belarus”, “Dəbilqələri atın” və s. şüarlarla səsləndirir. Onların prezident administrasiyasına hərəkətinin qarşısını xüsusi plis dəstələri kəsib.

Son məlumatlarta görə, aksiyalarda azı 120 nəfər saxlanılıb. Onlar sayının daha çox olduğu əlavə olunur. Polis və OMON-çular əraziyə xüsusi texnika cəlb edib.

Müxalifətin əsas namizədi Svetlana Tixanovskaya isə tərəfdarlarını polisin onları həbs etməsinə bəhanə verməyəy və aksiyanı dinc keçirməyə çağırış edib.  /modern.az/