Belarusda “seçki”ni Çin uddu!

135

Belarusu həm Rusiyaya, həm ABŞ-a qarşı qoruyan qüvvə məhz Pekindir!

ABŞ Rusiyanı NATO ilə hərbi mühasirəyə alırsa, Çin bunu iqtisadi müstəvidə həyata keçirir

Post-sovet ölkələrində, istər Mərkəzi Asiyada, istər də Şərqi Avropada baş verən siyasi dəyişikliklərin ölkəmizə istənilən aspektdə təsirləri qaçılmazdı. Çünki uzun illər imperiya tərkibində olmağımız və Rusiyanın təsir faktorları bunu şərtləndirən amillərdən biridir.

Post-sovet ölkələri Qərblə Şərq arasında – Rusiya-Qərb və Qərb-Çin arasında əsas maraqların toqquşduğu məkanda yerləşir və dünyanın yenidən bölüşdürülməsi prosesi gedir. Bundan başqa, dünyanın qloballaşdırılması prosesi də diqqətdən qaçmamalıdır. Yəni həm indiyə qədər ərazi və enerji mənbələri uğrunda dünya gücləri arasında, həm dövlətlər üstü qüvvələrin idarəçiliyi bir mərkəzdə cəmləmək uğrunda milli dövlətlərə qarşı mübarizəsi gedir ki, bunun da lokomotivi Çindir.

Belarusda yayımlanan rəsmi nəticələrə əsasən, 26 ildir iqtidarda olan prezident Aleksandr Lukaşenko 80.23 faiz səslə seçkilərdə qalib gəlib. Nəticələr elan olunduqdan sonra paytaxt Minskdə və digər şəhərlərdə etiraz aksiyaları keçirilib. Aksiyalar şiddətlənərək polislə qarşıdurmaya çevrilib və nəticədə ölən, yaralanan və həbs olunalar olub. Doğrudur, müxalifətin nazmizədi Svetlana Tixanovskaya nəticələrlə razılaşmadığını bəyan edir, amma evdar qadın olub, siyasətə gəlişi diletant formada baş verən Tixanovskayanın hakimiyyəti ələ almaq şansı yoxdur. Üstəlik, Qərb ölkələrinin bəzilərinin Lukaşenkonun qələbəsini tanımamasının da əhəmiyyəti olmayacaq.

Əslində, bu seçkilərdə ABŞ başda olmaqla nə Qərb, nə də Rusiya qalib olmadı. Vəziyyət tamam başqa cürdür.

Əvvəlcə qeyd edək ki, namizədlərdən iki qadın Tixanovskyanın xeyrinə seçkidən geri çəkilmişdi. Hansı ki, Tixanovskayanın Qərb tərəfindən dəstəkləndiyi məlumdur. Rusiya isə Lukaşenkoya dəstək verdi…

Lukaşenko seçkidən sonra ölkədə keçirilən aksiyalara görə Polşa, Britaniya və Çexiyanı ittiham etdi və mitinqlər zamanı nümayişçilərin bu ölkələrdən gələn telefon zəngləri ilə idarə edildiyini bildirdi: “…biz ölkə xaricindən edilən zəngləri qeydə almışıq. Bu zənglər Polşa, Britaniya və Çexiyadan gəlib. Belarusda “Maydan”a icazə verməyəcəm, ölkəni parçalamaq cəhdlərinə adekvat cavab veriləcək”.

Polşanın xarici işlər naziri Yatsek Çaputoviç ittihamları cavabsız qoymayıb və bunun əsassız olduğunu deyib.

Lukaşenko mürəkkəb geosiyasi vəziyyətdə seçkilərdən qalib çıxdı. Etiraz aksiyalarına gəldikdə isə, nədənsə Fransada “sarı gödəkçəli”lərin döyülməsinə reaksiyalar fərqli olur, üstündən keçilir, amma Minskdə bu reaksiyalar Qərbin dəstəyi ilə şişirdilir və tirajlanır.

Ümumiyyətlə qruplaşdırma aparsaq, Belarusun üzərində qurulan geosiyasi xətləri belə qruplaşdıra bilərik:

  1. ABŞ-dan və Polşaya uzanan Qərb xətti;
  2. Brüssel xətti;
  3. Rusiya xətti;
  4. Çin xə

Hazırda Belarusda atom stansiyası işə salınıb. Bu o deməkdir ki, ölkənin Rusiyadan enerji asılılığı 40% azalacaq. Bu ilin dekabr ayında Belarus Dünya Ticarət Təşkilatına üzvlüyü üçün son etapı keçəcək, amma Minsk hələ bu barədə tərəddüd edir. Məsələ bundadır ki, bu təşkilata daxil olan zaman bəzi kriteriyalara riayət ediləlidir və bu baş verərsə ölkə iqtisadiyyatı DTT tərəfindən udulacaq. Bu səbəblər Lukaşenkonu təşklata daxil olmaqda istəksiz göstərir.

Yeri gəlmişkən, təşkilatın qoyduğu öhdəliklər ölkənin iqtisadi azadlığına məhdudiyyətlər yaradacağı üçün Moskva “soyğunçuluq” naminə Belarusun ora daxil olmasında maraqlıdır. Bu gün Belarusda çox yaxşı təşkil olunmuş kənd təsərrüfatı yaradılıb və ölkə özünü 100% təmin edir. Nə nəhəng Rusiya, nə Ukrayna bunu təşkil edə bilməyib. Bizdən isə danışmağa dəyməz. Lukaşenko ölkədə sovet dövründən qalmış kənd təsərrüfatını, maşinqayırmanı, energetika sahəsini modernləşdirib və inkişaf etdirib. Kənd təsərrüfatının ixrac payı 18-%dir. Bu gün Belarus Danimarkadan daha çox kərə yağı ixrac edir.

Həmçinin, ölkə İT sektorundakı inkişafına görə digər post-sovet ölkələrindən irəlidədir. Belə ki, Belarusda informasiya və rabitə texnologiyaları (İKT) sektorunda 85 mindən çox insan çalışır, onlardan 34 mini təqribən İT məhsulları və xidmətləri seqmentindədir. “Ernst & Young” şirkətinin məlumatına görə, İKT-dən başqa iqtisadiyyat sahələrində təxminən 30.000 daha çox İT mütəxəssis çalışır. 2005-ci ildən 2016-cı ilə qədər İT xidmətləri və məhsullarının ixracı 30 dəfə artıb, Belarus mal və xidmətlərinin ümumi ixracında İT ixracının payı 0,16% -dən 3,25% -ə qədər artıb.

Satışların 90% -dən çoxu xaricdəki Belarusiya İT şirkətləri tərəfindən həyata keçirilir.

Altı HTP rezident şirkəti – Bell Integrator, Ciklum, EPAM, IBA Group, Intetics və Itransition “2017 Qlobal Outsourcing 100” reytinqində ən yaxşı xarici təminat xidmətləri təminatçıları siyahısına daxil edildi. Dünyanın ən böyük proqram şirkətlərinin “Software 500” reytinqində olan 10 şirkətin Belarusda əməliyyat ofisləri var: EPAM (107), Bell Integrator (281), IBA (281), Itransition (368), Coherent Solution (393), SoftClub (409), Artezio ( 416), Intetics (419), Oxagile (456), IHS (482).

2003-cü ildən 2016-cı ilə qədər ümumi “Google Code Jam” reytinqində Belarus birinci yerdədir. 11 Avqust 2017-ci ildə Gennadi Korotkeviç yenidən yarışmada qalib gəlmişdi. Beloruslu İT mütəxəssislərinin yaratdığı mobil əlavələr dünyanın 150 ölkəsində1 milyarddan çox adam tərəfindən istifadə olunur. “Wargaming” tərəfindən hazırlanan “World of Tanks”, 140 milyon oyunçunun qeydiyyatdan beş ən çox gəlir gətirən MMO oyunlarından biridir.

İKT sektorunda orta əmək haqqı iqtisadiyyatın digər sahələrinə nisbətən daha yüksəkdir. 2016-cı ildə Belarusda orta qazanc təxminən 400 dollar olduğu halda, İKT sektorunun qazancı orta hesabla 1.8 min dollar oldu.

Göründüyü kimi, ölkədə iqtisadi vəziyyət pis deyil, hətta digər post-sovet ölkələrindən daha yaxşıdır. Elə isə belorusların etirazlarının səbəbləri nədir, nədən azad olmaq istəyirlər? Aydındır ki, geosiyasi oyunçular bu ölkədə də “Belorus baharı” ya da “Ukrayna maydanı” istəyindədirlər.

Bilirik ki, Lukaşenko illərlə Rusiya ilə inteqrasiyadan yayındı və Çindən kömək istədi. 2019-cu ilin dekabrında Belarus Maliyyə Nazirliyi Maksim Yermoloviçin Çin səfəri ölkə KİV-lərində əsas xəbər oldu. Belə ki, nazir Minsk hökuməti adından Şanxayda Çin İnkişaf Bankı ilə 3,5 milyard yuan – 500 milyon dollar həcmində “təcili kredit” ayrılması barədə saziş imzaladı və  “Səma Krallığının” pulları ilə Moskva danışıqlarında Minskin mövqeyini gücləndirməyi hədəflədi. Bu vəsaitin Rusiyaya olan dövlət borcunun ödənilməsinə yönəldilə biləcəyi qeyd edildi, yəni Belorus Rusiyanın borcunu Çindən aldığı vəsaitlə bağladı. Doğrudur, Minsk Rusiya Federasiyasından sonra ikinci ən böyük kreditoru olan Çinə 600 milyon dollardan çox pul qaytarmalıdır. Nazir Yermoloviç bildirmişdi ki, Rusiya kredit ayrlıması məsələsini Belarusiyaya inteqrasiya prosesini sırımaq üçün istifadə edir. Məlumdur ki, bir ildən artıq gedən danışıqlar zamanı iki ölkə arasında inteqrasiyanın müxtəlif sahələri üzrə 31 “yol xəritəsi” meydana çıxmışdı. Təfərrüatlar açıqlanmamışdı, ancaq sızan məlumatlar ortaq valyuta, ortaq vergi və gömrük siyasətindən söhbət getdiyini göstərirdi. Dekabrın 7-də Soçidə hər şeyə aydınlaşmalı idi, lakin Lukaşenko ilə Putin arasındakı danışıqlar nəticəsiz qaldı.  Strateji və Xarici Siyasət Tədqiqatları Mərkəzinin eksperti və Prezidentin İnformasiya və Analitik Mərkəzinin keçmiş əməkdaşı, “Jeçpospolit» -dən Yurik Tsarik bildirmişdi ki, “şübhəsiz ki, bu Rusiyanın Belorusiyaya təzyiqini azaltmaq məqsədilə Çinin aldığı siyasi qərardır”. O vurgulamışdı ki, Rusiya Krımın ilhaqını və Donbasda hərbi əməliyyatları başladanda, Çinin əvvəllər Ukraynada cəmləşən diqqəti Belarusa yönəldi.

“”Əvvəlcə -Bir Kəmər, Bir Yol “- Çinin irimiqyaslı “Yeni İpək Yolu” layihəsinin əsas halqası Ukrayna idi, lakin Rusiyanın Ukraynaya təcavüzkar siyasətinə görə Pekin konsepsiyasındakı bu strateji yeri Belarus aldı. Çin onun müstəqilliyinin qorumasını istəyir, Rusiyanı isə yalnız iqtisadi inteqrasiya maraqlandırır”, – analitik bildirmişdi.

Həmçinin, Çin sərmayəsi – iki milyard dollarlıq investisiya ilə Minsk bölgəsində “Böyük Daş” sənaye parkının yaradılmasına start verildi (11 min hektar). Avqust ayında bölgə rəhbərliyi bütün Belorus əhalisindən 3 dəfə çox – 30 milyondan çox insanın yaşadığı Çongqing şəhəri ilə bu mövzuda razılaşma imzalamışdı.

Göründüyü kimi, Çin Afrikadakı ölkələrə tətbiq etdiyi “kredit ver, borclu et, ələ keçir” siyasətini Belorusda da tətbiq etməyə başladı, həm də Rusiyanın lap yaxın qonşuluğunda. Əslində, bu, Rusiyanın mühasirəyə alınması siyasətinin tərkib hissəsidir. ABŞ Rusiyanı NATO ilə hərbi mühasirəyə alırsa, Çin bunu iqtisadi müstəvidə həyata keçirir. Deməli, Belorusu həm Rusiyaya, həm ABŞ-a qarşı qoruyan qüvvə Çindir və Si Tzinpin Lukaşenkonun bu sınaqdan necə çıxacağını izləyirdi. Deməliyik ki, Çin burada öz maraqlarını hər vəchlə qoruyacaq. Bu iki ölkənin həm Brüsseldən, həm Moskvadan, həm Vaşinqtondan asılı olmayan müstəqil münasibətləri var.

Əlbəttə, Lukaşenko rejiminin ABŞ və Rusiya tərəfindən devrilməsinə cəhd ediləcək. Birbaşa olmasa da bir-birinin tərəfdaş ölkələri vasitəsilə. Hazırda isə Çin Moskva, Vaşinqton və Brüsselin əlini boş qaytardı. Nəticədə isə Çin ABŞ-la Avropada və Rusiya ilə tam mərkəzdə qonşu oldu. Öz qalasını Minskdə qurdu. 

Diqqət edilməlidir ki, Lukaşenkonu ilk təbrik edən məhz Çin lideri Si Sinpin oldu, Putin yox.

Azərbaycanla münasibətlərə gəldikdə isə, Minsk Dağlıq Qarabağ məsələsində birmənalı olaraq yanımızdadır. Belarusda A.Lukaşenkonun hakimiyyətdə qalması, Azərbaycanın maraqlarına cavab verir. Ermənistanın KTMT müttəfiqi olan Belarus daha da Azərbaycanla əlaqələrə önəm verir.

Ülviyyə ŞÜKÜROVA