Belarusda müxalifətin prezidentliyə namizədi Şura yaratmağa hazırlaşır

72

Hurriyyet.org xəbər verir ki, Belarusda prezidentliyə namizəd Svetlana Tixanovskaya Belarusda hakimiyyətin təhvil verilməsi ilə bağlı şuranın yaradıldığını bildirib. Tixanovskaya respublikada hakimiyyətin transferinin təmin edilməsi üçün Koordinasiya şurasının yaradılması təşəbbüsü ilə çıxış edib.  Siyasətçinin Tixanovski, Viktor Babariko və Valeri Çepkalonun seçki qərargahlarının mətbuat xidməti kanalında dərc edilmiş müraciətində deyilir: “Bu şuraya vətəndaş cəmiyyətinin nümayəndələri, hörmətli və tanınmış belaruslar, öz işinin peşəkarları daxil ola bilər. Mən özümün etimad elədiyim şəxs olan Olqa Kovalkova ilə vəkil Maksim Znaka təşkilat və birliklərdən üzvlərin Şuraya namizədlik müraciətlərini qəbul eləməsini tapşırıram”.

Tixanovskaya onu dəstəkləyənlərin hamısına təşəkkürünü bildirib və beynəlxalq ictimaiyyət ilə Avropa ölkələrinə üz tutaraq onlardan “Belarus hakimiyyəti ilə dialoqun təşkil edilməsində” kömək eləməyi xahiş edib. O deyib: “Belaruslara heyranam. Çox sağ olun, əzizlərim! Biz mümkün olmayanı etdik. Özümüzün əksəriyyət olduğumuzu göstərdik. Bu ölkə bizə, Belarus xalqına məxsusdur, tək bir adama yox”.