Belarus qırıcıları havaya qalxdı. NATO təhdidi varmı?

87

Hurriyyet.org xəbər verir ki, Belarusun Müdafiə Nazirliyi dövlət sərhədlərinə qırıcı təyyarələrin nəzarət elədiyi barəsində açıqlama verib.

Nazirliyin mətbuata açıqlamasında An-26 50 SAB, Yak-130 116 ŞAB, Su-30SM 61 İAB təyyarələrinin uçuşlarının hərbi hazırlıq çərçivəsində aparıldığı bildirilir.

Bundan savayı, 19-cu və 120-ci mexanikləşdirilmiş briqadaların zenit raket artilleriya diviziyalarının “Tunquska” zenit-raket komplekslərindən və “İqla” komplekslərindən atəş açmağa hazırlaşdıqları barəsində məlumat verilir.

Aleksandr Lukaşenko bazar günü verdiyi açıqlamada NATO qüvvələrinin Belarusun qərb sərhədlərinin qapısında “tank tırtıllarını taqqıldadıqlarını” bəyan eləmişdi. Bundan əvvəl də o, NATO-nun Polşa və Litvadakı silahlı varlığını artırmasından narahat olduğunu bildirmişdi. Bu ölkələrin ərazisində Şimali Atlantika Alyansının hərbi təlimləri aparılır.

NATO-nun rəsmi nümayəndəsi Ohana Lunqesku bu ittihamın cavabında Alyansın Şərqi Avropadakı varlığının sırf müdafiə məqsədli olduğunu və təhdid olmadığını söyləmişdi.