Belarus ordusu genişmiqyaslı təlimlər keçirəcək

54

Belarus ordusu Qərb Əməliyyat Komandanlığının rəhbərliyi altında genişmiqyaslı təlimlər keçirəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbər görə, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi təlimlər avqustun 28-31-də baş tutacaq.

“Hərtərəfli taktiki təlimlər üçün inteqrasiya olunmuş qüvvələrdən ibarət qrup təşkil olunub. Buraya hərbi hava qüvvələri, motorlu tüfənglər, zirehli texnika, artilleriya bölmələri, pilotsuz uçuş aparatları və elektron müharibə sistemləri daxildir”, – deyə, Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.