Bəhram Bağırzadənin “şoudayam” dediyi səsyazısına dostundan reaksiya: “İnanmadığı zamanlar deyib” – AUDİO

108

Hazırda koronavirus xəstəsi kimi müalicə olunan və vəziyyətinin ağır olduğu, ağciyərinin böyük hissəsinin sıradan çıxdığı bildirilən Bəhram Bağırzadənin səsiyazısı yaylılıb.

Səsyazısında B.Bağırzadə hansısa dosu ilə danışır. Vəziyyətinin yaxşı olduğunu deyir. B.Bağırzadənin “Mən də bu realiti şounun iştirakçıyam” sözləri isə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Vəziyyətinin ağır olduğu bildirilən, ailəsi və həkimlər tərəfindən dəfələrlə bu yöndə açıqlama verilən B.Bağırzadənin xəstəliyi ilə bağlı müzakirələri yenidən başladıb.

Cebhe.info xəbər verir ki, “Bakılı oğlanlar”ın üzvü Cabir İmanov səsyazısına sosial şəbəkə vasitəsilə münasibət bildirib:

“Əziz izləyicilər! Bəhram qardaşımın vəziyyəti stabildir. Stabil deyərkən, yenə də aparatla nəfəs alır. Müəyyən dəyişikliklər var, yaxşılığa doğru. “Whatsapp”da yayılmış səs mesajı köhnədir. Özünün virusa inanmadığı zamanlarda yazılıb. Ona görə də xəstəlikdən özünüzü qoruyun. Allah bütün dualarınızı qəbul etsin. Amin!”

Xəzər
Cebhe.info