Behbudovun mahnısı oğurlandı: qızı çağırış etdi – Video

27

Alban müğənnisi Rovena Dilo Azərbaycanın korifey sənətkarı Rəşid Behbudovun “Sənə də qalmaz” mahnısının müəllif hüquqlarını pozub.

Bu barədə Rəşid Behbudovun qızı Rəşidə Rəşid məlumat yayıb.

O bildirib ki, R.Dilo görkəmli bəstəkarımız Tofiq Quliyevin xalq şairi Rəsul Rzanın sözlərinə bəstələdiyi məşhur “Sənə də qalmaz” mahnısını ifa edərək Yutub kanalında yayımlayıb və mahnının müəllifinin Edison Miso adlı alban bəstəkarı olduğunu qeyd edib.

Rəşidə Rəşid bunu Azərbaycan musiqisinə hücum kimi qiymətləndirib:

“Sizdən xahiş edirik ki, mahnıya “dislayk” qoyasınız. Biz bu hallarla birgə mübarizə aparmalıyıq. Öz tərəfimizdən, Rəşid Behbudov Fondu tərəfindən və “Rashid Behbudov Official” Yutub kanalı adından bütün aidiyyəti instasiyalara müraciətlər hazırlayıb göndəririk”. \\Kult.az