BƏƏ ilə bağlı qalmaqallı ittiham

51

Hurriyyet.org xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin qiyamçı general Həftəri dəstəkləmək məqsədilə Liviya neftini qeyri-qanuni yollarla satmağa çalışdığı iddia edilir.

Wall Street Journal nəşrinin xəbərinə görə ABŞ, BMT və Liviya hökuməti tərəfindən Dubay şəhərində fəaliyyət göstərən bir gəmiçilik şirkətinin çevrilişçi general Həftərin Aralıq dənizi vasitəsilə nefti məhsulları satmasına yardım elədiyi şübhəsi ilə birgə təhqiqat işi başladılıb.

Amerikalı, avropalı və liviyalı mənbələrə istinad edilən xəbərdə şirkətin ABŞ-ın sanksiyalarına məruz qalmış Venesuelaya hidrokorbon məhsulları tədarük eləməkdə ittiham edildiyi bildirilir. Venesuela neft yataqları ilə zəngin olsa da, ölkədəki ağır vəziyyət üzündən benzin istehsal edə bilmir. ABŞ-ın sanksiyalarına məruz qaldığı üçün benzin idxalı məsələsində də problemlərlə qarşılaşır.

General Həftərin nəzarətində olan şərq rayonlarında Liviya neftinin 80 faizi yerləşir. Qiyamçılar ölkənin şərqindəki ən mühüm neftayırma zavodlarına və neft boru xətlərinə nəzarət edirlər.

Xəbərdə hava radar təqibçilərinin general Həftərə məxsus özəl təyyarənin 24 aprel tarixində Karakasda olduğunu iddia elədikləri də bildirilir.

Hurriyyet.org