“BDU-nun İlahiyyat fakültəsi İlahiyyat İnstitutuna birləşdiriləcək” – KOMİTƏ SƏDRİ

    6

    “Bu yaxınlarda İlahiyyat İnstitutuna rektor təyin olunacaq”.

    Hurriyyet.org xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

    Onun sözlərinə görə, artıq institutuna bina da ayrılıb: “Nizamnamə təsdiq üçün hökumətə təqdim edilib. Bütün işlər görülüb”.

    Dövlət Komitəsinin sədri bildirib ki, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi İlahiyyat İnstitutuna birləşdiriləcək: “Orada çalışan müəllimlər də İlahiyyat İnstitutunda fəaliyyət göstərəcək. Gələcəkdə institut üçün şəhərdən kənarda kampusun inşası nəzərə tutulur”.

    M.Qurbanlı vurğulayıb ki, İlahiyyat İnstitutunu bitirən məzunlar Azərbaycanın məscidlərinə təyinat alacaqlar./report/