BBC: “Azərbaycan ilə Naxçıvan arasındakı dəhliz Tehranı narahat edir: türk ölkələri arasındakı ticarətdə qovşaq olan İran bu xüsusiyyətini itirə bilər”

315

Hurriyyet.org xəbər verir ki, BBC informasiya agentliyi Azərbaycanın Qarabağ ilə Naxçıvan arasında quru əlaqəsi yaratmasından bəhs edən məqalə dərc edib.

Məqalədə deyilir:

“Azərbaycan uzun illərdir ki, Naxçıvan ilə quru dəhlizi açılması üçün çalışırdı.

Dağlıq Qarabağda erməni qüvvələrinə qarşı altı həftə davam edən müharibənin ardından zəfər qazanan Azərbaycan artıq İran sərhədindəki torpaqlarına tam şəkildə nəzarət edir.

Əlavə olaraq, Azərbaycan Ermənistan  ilə imzaladığı müqavilə sayəsində Türkiyə sərhdində yerləşən və ölkənin qalan hissəsi ilə əlaqəsi kəsilmiş Naxçıvan ilə quru dəhlizi qurulması imkanını əldə edib.

İranın şimalındakı azərbaycanlı əhali bu hadisə ilə əlaqədar sevincini nümayiş etdirsə də, bu dəhliz məsələsi Tehranda təlaşla qarşılanıb.

Bunun səbəbi isə Azərbaycan ilə Naxıvan arasındakı ticarət əlaqəsinin son 30 ildə İran vasitəsi ilə yaradılmasıdır.

İran bunun sayəsində həm Azərbaycan üzərində siyasi təsirə malik olur, həm də bu ticarətdən pul qazanırdı.

İranın enerji riskləri

İranda fəaliyyət göstərən mühafizəkar “Maşrek” internat saytının yazdığına görə, dəhlizin İrana birdn artıq geosiyasi təsiri olacaqdır.

Sayt bu təsirləri altı başlıq altında araşdırıb:

Azərbaycan İran ərazisindən Naxçıvana göndərdiyi qazın 15%-ni vergi kimi İrana ödəyirdi.

İran 1996-cı ildə Türkiyə ilə qaz satışı müqaviləsi imzalayıb. Bu müqaviləyə görə, Türkiyə illərlə İrandan bahalı qaz alırdı. Türkiyə İrana bir kubmetr qaz üçün 490 dollar pul ödədiyi halda, Azərbaycan qazını 335 dollara ala bilər. Gələcəkdə bu dəhliz vasitəsi ilə Azərbaycandan Türkiyəyə bir qaz xətti çəkilərsə, İranın qazdan qazanc itkisi böyük ola bilər.

Türkmənistandan başlayıb, İrandan keçərək Türkiyəyə getmsi planlaşdırılan boru xətti layihəsi 2017-ci ildə maddi anlaşılmazlıqlar səbəbindən dondurulmuşdu. Türkmənistan artıq bu qazı Azərbaycan ərazisindən keçməklə də Türkiyəyə çatdıra bilər.

İranın Ermənistan istiqamətindəki  boru xəttinin də əhəmiyyəti azalıb.

ABŞ-ın dəstəklədiyi Trans-Xəzər boru xətti layihəsi yenidən gündəmə gələ bilər.  Türkmənistanın paytaxtı Türkmənbaşıdan uzanacaq bu boru xətti Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı mövcud boru xətləri vasitəsi ilə Avropaya çatdırıla bilər.

İrandan Avropaya qaz daşıması nəzərdə tutulan boru xətti layihəsinin qarşısında daha çox əngəl yaranacaq.

İran mətbuatı Türkiyə, Azərbaycan və İsrailin Ermənistanın İran sərhədindəki torpaqlarının işğalını (? – red.)  planlaşdırdığını, lakin bunun İranın bölgədəki varlığı səbəbindən həyata keçirə blmədiklərini və bunun əvəzinə dəhliz fikrinə geri döndüklərini irəli sürüb.

Türkiyə ilə Orta Asiya arasındakı ticarətin marşrutu dəyişə bilər

Bu gün İran Türkiyədən Orta Asiyaya gedən quru yolu ticarətində kilid əhəmiyyətinə sahibdir.

İranın Nəqliyyat və Kommunikasiya Nazirliyinin 2020-ci il məlumatına görə, bu il koronavirusun ticarət üzərindəki təsirinə rəğmən, hər ay 12 min civarında Türkiyə yük maşını İran-Türkiyə sərhədini keçir və bunlarım mühüm bir qismi türkdilli respublikaları vasitəsi ilə Əfqanıstana gedir.

Bu ticarət İran üçün də çox mənfəətlidir. Türkiyədən daxil olub Türkmənistan sərhədindən çıxan bir yük maşını  1800 kilometrlik bu yol üçün İrana təqribən 700-800 dollar keçid haqqı ödəyir. Ermənistanda açıqlacaq dəhliz bu yolu mühüm dərəcədə azalda bilər.

Dəmiryolu nəqliyyatı ümidi

Rusiya imperatorluğu dövründə tikilən dəmiryolu Ermənistanın paytaxtı İrəvandan Naxçıvana getdikdən sonra Naxçıvan-İran sərhədi boyunca başdan-ayağa keçib erməni dəhlizindən Azərbaycana çatır.

Müharibə səbəbindən bu dəmiryolu illərlə baxımsız vəziyyətdə qalıb.

Bu dəmiryolunun yenidn işlək hala gəlməsi ilə İran Naxçıvan üzərindən Ermənistanla dəmiryolu ilə əlaqə saxlamaq ümidindədir. İki ölkənin quru sərhədi olsa da, bu sərhədi keçən dəmiryolu xətti yox idi.

Bu səbəbdən İran müqavilədə onun üçün mənfəətli olan nadir şərtlərdən biri kimi bu dəmiryolu vasitəsi ilə ticarətin artması ehtimalını görür.

2018-ci ildə İran Avrasiya İqtisadi İttifaqı ilə böyük bir ticarət müqaviləsi imzalamışdı.

Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyadan ibarət olan bu iqtisadi birlik ilə imzalanmış müqavilə 2021-ci ildə tam şəkildə qüvvədə olacaq.

Türkiyə isə Karsı Naxçıvana bağlayan yeni bir dəmiryolu ilə erməni dəhlizi üzərindən Azərbaycana və Orta Asiyaya çıxmaq niyyətindədir. İranda mühafizəkar Tasnim agentliyi Türkiyənin bunu sayəsində regiondakı təsirini artırmağı hədəfə aldığını bildirir.

Ermənistan da dəmiryolu ticarəti sayəsində ticarətini genişləndirmək məqsədi güdür.

Müharibə səbəbindən Naxçıvan vasitəsi ilə İran ilə dəmiryolu əlaqəsini itirmiş Ermənistanın Türkiyə və Azərbaycan ilə əlaqələri də eyni səbəbdən dayandırılmışdı.

Ermənistanı dünyaya bağlaya bilən yeganə dəmiryolu Gürcüstandan keçərək Rusiyaya gedirdi. Lakin bu dəmiryolunun keçdiyi bölgədə olan Abxaziya Rusiyanın dəstəyi ilə müstəqilliyini elan edib. Abxaziyanın müstəqilliyini yalnız Rusiya, Nikaraqua, Venesuela, Suriya və bir sıra Sakit okean adası tanıyır. Gürcüstan bu bölgə ilə ticarət aparmadığı üçün ermənilərin qatarları oradan Rusiyaya keçə bilmir.

Məsələ bağlı açıqlama verən Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan vasitəsi ilə Rusiya və Naxçıvan vasitəsi ilə də İran ilə ticarət aparmaq ümidində olduqlarını söyləyib: “Bu, bir dönüş nöqtəsi ola bilər. Lakin bunlar müzakirə mövzularıdır, həyata keçib-keçməyəcəyini indidən bilə bilmərik”.

Sərhəd qəsəbələrində ticarətin artımı

İranın Ermənistanla dəmiryolu əlaqəsinin açılmasının gətirəcəyi fayda ilə yanaşı, Azərbaycanın İran sərhədindən ermənilərdən geri aldıqları məntəqələrin yenidən inşasının İranın şimalı ilə ticarəti artıracağı güman edilir. İran bu sərhəddə yeni gömrük qapıları açmaq niyyətindədir.

Rəsmi İRNA agentliyi yazıb: “İranın sərhədlərinin əhəmiyyəti, Ermənistanda açıqlacaq kiçik bir dəhliz tərəfindən azaldıla bilməz. İranın regiona fəal şəkildə müdaxilə eləməsi, həm İran, həm də Azərbaycan üçün daha çox mənfəət təmin edə bilər”.

Araz çayı Türkiyə-Ermənistan, Türkiyə Naxçıvan, İran Naxçıvan, İran-Ermənistan və İran-Azərbaycan sərhədlərini keçərək, Azərbaycanda Xəzər dənizinə axır.

Geosiyasət: Türkiyənin Qafqazda təsirinin artması

Türkiyənin Cənubi Qafqazda artan rolu və Rusiya sülh qüvvələrinin regionda yerləşməsi İran üçün həyəcan siqnalı verən digər səbəblərdir.

Rusiyanı tərəfdaşı olaraq görən İran bu ikinci məsələdən daha az narahat olsa da, Tehranın Qafqazda artan Türkiyə təsirini qəbul eləməsi asan deyil.

İslam İnqilabı Keşikçiləri ilə yaxından əlaqəsi olan mühafizəkar “Javan” qəzeti Dağlıq Qarabağ döyüşlərində Türkiyənin rolunu incələdiyi analizdə bildirir: “Türkiyə regionda Rusiyanın təsirini azaltmağa çalışır, geosiyasi, iqtisadi və enerji sahələrində mənfəətləri hədəfə alır”ş Qəzet yazır: “Türkiyənin yaxınlaşması ümumilikdə ABŞ-ın Rusiyanı məhdudlaşdırma strategiyasına uyğun gəlir”.

“İranın geosiyasi mənfəətlərini yeni bir dəhliz quraraq pozmaq ağıllı bir yaxınlaşma deyil”.

“İran Türkiyə və Azərbaycan tərəfindən edilən bu cəhdlərə qarşı tolerant olmayacaq və bu dəhlizi qəbul etməyəcəkdir”.

İranda Məclisin açılışında çıxış edən millət vəkili Mahmud Əhmədi Bighaş Türkiyənin regiondakı siyasi xəritəni dəyişdirdiyini, NATO, İsrail və ABŞ-ın Xəzər dənizinə çıxmasına imkan yaratdığını irəli sürüb.