BAKIDA GÜCLÜ YANĞIN: Məşhur mağaza alova büründü – YENİLƏNİB/VİDEO

    18

    "X-Lady” mağazasında baş verən yanğın söndürülüb.

    Yanğın nəticəsində bir nəfər zəhərlənib. Bu barədə BakuPosta-a Səhiyyə Nazirliyindən məlumat verilib. Onu dərhal Respublika Toksikologiya Mərkəzinə yerləşdiriblər. Vəziyyəti orta-ağırdır.

    ***

    Nizami rayonunda güclü yanğın başlayıb. Metronun Nizami stansiyasının yaxınlığında yerləşən "X Lady" qadın paltarları mağazasını alovlar bürüyüb.

    Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunsa da, hələlik nəticə yoxdur.

    Əməkdaşımızın çəkdiyi videonu təqdim edirik:

    Bakupost.az