“Bazarstore”da bədbəxt hadisə – Gənc qız liftin şaxtasına düşdü

201

Gəncə şəhərində yerləşən “Bazarstore” mağazasında bədbəxt hadisə baş verib.

Supermarketdə satıcı işləyən 1997-ci il təvəllüdlü Arzu Əliyeva mağazanın yük liftinin şaxtasına yıxılıb. Ona qabırğaların çoxsaylı sınığı və daxili qanaxma diaqnozu qoyulub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. \\Qafqazinfo