“Bayraq yandırmaq onlara yaraşır” – YUNANISTANA SƏRT CAVAB

114

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Yunanıstanda türk bayrağının yandırılmasına sərt şəkild etirazını bildirərək deyib: “Türkiyə bayrağını yandırmaq kimi aciz davranışlar onlara yaraşır. Biz yunanları dənizə tökdükdən sonra belə yunan bayrağına hörmət göstərmişik. Biz belə bir millətik. Bizim qərarımıza hamı hörmət eləməlidir. Dünya mirası olaraq qorunması tələbinə də hörmətlə yanaşırıq”.

Çavuşoğlu bu sözləri İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Beynəlxalq Əməşdaşlıq naziri Arança Qonsales Laya ilə birgə mətbuat konfransında söyləyib.

Arança Layanın Ayasofyanı “ümumi ev” adlandırmasına müdaxilə edən Çavuşoğlu deyib: “Ayasofya məsciddir, 1453-cü ildən bəri məsciddir. 86 il muzey olaraq qaldı”.

Hurriyyet.org