Bayramdan qalan bayat qidalar təhlükəlidir – Bu salatlar mikrob yuvasıdır

381

Statistikaya görə, Yeni il tətilləri qida zəhərlənməsinin əsas dövrlərindən biridir. Buna səbəb yanvar ayının ilk günlərində bayramdan qalan yeməklərdir.

Diyetoloq Lyudmila Denisenko bayramdan sonra hansı qidaların insan orqanizminə mənfi təsir etdiyini açıqlayıb.

“Müxtəlif tərəvəz və qidaların birləşməsindən hazırlanan paytaxt və şuba salatları mikrob yuvasıdır. İdeal seçim, hər dəfə yeyiləcək qədər ərzağı götürüb salat hazırlamaqdır. Bu da bəzən çətin olduğu üçün salatların hazırlanmasında istifadə edilən ərzaqları ayrı-ayrı qablarda saxlamaq, istənilən zaman birləşdirib mayanezlə qarışdıraraq süfrəyə qoymaqdır”.

Onun sözlərinə görə, eyni yanaşma doğranmış tərəvəzlərə də aiddir. Belə ki, tərəvəzlər dörd dərəcədən yuxarı temperaturda 12 saatdan çox saxlanıla bilməz:

“Həqiqət ondan ibarətdir ki, əksər tərəvəzlər – xiyar, pomidor, göyərti, çuğundur, ispanaq, kərəviz və s. tərkibində zərərsiz maddələr var, lakin otaq temperaturunda nitrat əmələ gətirən bakteriyaların böyüməsi üçün katalizator olur. Nitratların artan konsentrasiyası baş ağrılarına, nəfəs darlığına, yorğunluğa səbəb olur. Masadan qalan tərəvəzləri zibil qutusuna atmaq daha yaxşıdır. Eyni şey yarım yeyilmiş hazır ət yeməklərinə də aiddir”.

Diyetoloq həmçinin hesab edir ki, paştet soyuducuda saxlanıldıqda təhlükəsizdir. Şirniyyatlardan isə ən böyük təhlükəlisi kremli tortlarıdır. Göbələk, kartof püresi, qaynadılmış makaron, düyü və dənli bitkilərdə də bakteriyalar üçün əlverişli mühit olur. \\Report.az