Bayram namazı internet üzərindən qılınacaq

32

Mövcud karantin rejiminə uyğun olaraq məscidlərdə bayram namazının qılınması nəzərdə tutulmur.
Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, vəziyyətin dəyişməsi ilə əlaqədar bayram namazları “Youtube” sosial şəbəkəsi üzərindən təşkil olunacaq.

“Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi mövqeyini ifadə edib ki, bayram namazının qılınması şəraitdən asılı olacaq. Hazırki şəraitə uyğun olaraq din xadimləri və imamlar bayram namazının qılınmasını internet üzərindən həyata keçirəcəklər”.