“Bayraktar TB2 Krımın hava məkanına daxil olaraq Rusiya HHM sisteminin şəklini çəkib”

327

Hurriyyet.org xəbər verir ki, Rusiya mətbuatının yazdığına görə, Ukraynanın bu yaxınlarda Türkiyədən aldığı pilotsuz uçuş aparatlarından biri Rusiyanın Krımı müdafiə məqsədi ilə qurduğu Hava Hücumundan Müdafiə komplekslərindən yan keçsə də, HHM sistemi bunu qeydə ala bilməyib.

Türk dronlarının indiyə qədər Liviyada, Suriyada və Qarabağda Rusiyanın HHM sistemlərinə üstün gəldiyi faktdır. Beləliklə, artıq bu rəqabət özünü Ukrayna-Rusiya münaqişəsində də göstərməyə başlayır.

Rusiyanın “NNA-News” informasiya agetnliyinin türk mənbədən aldığı məlumata görə, Bayraktar TB2 dronu Krımda xidmət edən Rusiya HHM sistemlərinin mövqelərinin fotosunu çəkib. Mənbə Ukrayna Silahlı Qüvvələrinin ölkənin cənub-şərqindəki qüvvələrini artırdığını, irimiqyaslı hücum əməliyyatına hazırlaşdığını da bildirib.

Fotodakı obyektlərin miqyasını araşdıran ekspertlərin fikrincə, dron onlardan cəmi bir neçə kilometr məsafədə olub.

https://informing.ru/2020/12/05/568521103419.html