“Bayer” səfərdə “Verder”i darmadağın etdi

24

Futbol üzrə Almaniya Bundesliqasında XXVI turun son oyunu “Verder” və “Bayer” komandaları arasında keçirilib.

Bremendəki “Vezerştadion”da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 4:1. “Bayer”in qollarından ikisini Kay Haverts 28-ci və 33-cü dəqiqələrdə vurub. Həmçinin Mitçell Vayzer 61-ci, Kerem Demirbay 78-ci dəqiqə fərqlənib. “Verder”in yeganə qoluna isə 30-cu dəqiqədə Teodor Gebre Selassie imza atıb.

Bununla da xalını 50-yə çatdıran “Bayer” 5-ci pillədə möhkəmlənib. 18 xala və ehtiyatda bir oyuna malik “Verder” isə 17-cidir. /report/