Baydenlə Tramp arasında səs fərqi azalır…

48

ABŞ-da prezidentlik yarışında qeyri-müəyyənlik davam edir, “tərəddüdlü” Corciya, Pensilvaniya və Arizona ştatlarında respublikaçı Donald Tramp ilə demokrat Cozef Bayden arasındakı fərq son saatlarda xeyli azalıb.

Bu barədə TASS xəbər verir.

CNN telekanalının hesablamalarına görə, Corciyada bülletenlərin 99%-i artıq işlənib. Son məlumatlara görə, Bayden Trampla aradakı fərqi xeyli azaldıb. Hər ikisi təxminən 49,4% səsə malikdir. Demokratla müqayisədə respublikaçı əlavə 1,8 min bülleten dəstək qazanıb.

Xatırlaqdaq ki, cümə axşamı Tramp 5 min səs öndə idi.

CNN-in məlumatına görə, Corciyada təqribən 14 min bülleten hesablanmamış qalır. Telekanal vurğulayır ki, Tramp yarışı qazanmaq üçün bu ştatda mütləq qalib gəlməlidir. Belə ki, Corciyada zəfər namizədə 16 seçən səsi qazandırır.

Pensilvaniyada (20 seçən səsi) bülletenlərin 95%-i emal edilib. Burada da Trampın üstünlüyü sürətlə azalır. Respublikaçı bu ana qədər səslərin 49,5, demokrat isə 49,2%-ni toplayıb. Baydenin Pensilvaniyadakı qələbəsi onun prezident olmaq üçün zəruri 270 səs həddini aşacağı anlamına gəlir.

Arizonada (11 seçən səsi) bülletenlərin 90%-i işlənib. CNN-in qiymətləndirmələrinə görə, Bayden səslərin təxminən 50,1%-ni, Tramp isə 48,5%-ni qazanıb. “Associated Press” agentliyi və “Fox News” telekanalı daha əvvəl Baydenin Arizonada qalib gələcəyi ilə bağlı proqnozlar vermişdi. Bir çox digər nüfuzlu media orqanları, o cümlədən CNN Baydenin lider olduğunu etiraf etsələr də, ştatdakı səsvermə nəticələrinin o qədər də aydın olmadığını hesab edirlər.

“Fox News”un proqnozlarına görə, Bayden artıq 264 seçən səsi qazanıb, Tramp isə 214 səslə geridədir. Hər iki namizəd Ağ Ev uğrunda mübarizəni qazanacaqlarına əminliklərini ifadə edir.