Baydenin qələbəsi dəqiqləşdi – Trampdan ilk açıqlama

285

Hurriyyet.org xəbər verir ki, ABŞ Senatı ölkədə 3 noyabr tarixində keçirilən prezident seçkilərinin qalibinin Co Bayden olduğunu rəsmən bəyan edib. ABŞ Konqresində keçirilən tarixi iclasda Vermont ştatının nəticələrinin qeyd edilməsi ilə Co Bayden 271 nümayəndə ilə rəsmən ABŞ Prezidenti elan edilib.

ABŞ-ın hazırda vəzifədə olan Prezidenti Donald Tramp bununla əlaqədar deyib: “Seçkilərin nəticələrinə tamamilə qarşı çıxsam da, 20 yanvarda problemsiz şəkildə vəzifəmi Co Baydenə təhvil verəcəyəm”.