Baydenin “iti” olmağa hazır olan Paşinyan…

171

Qabaqdangəlmişlik edərək ABŞ-ın hələ qələbəsi təsdiqlənməyən yeni rəhbərini təbrik edən erməni baş nazirin “jest”inə nə cavab veriləcək?

Jalə Əliyeva: “ABŞ höküməti dünya düzənində dəyişən bu günki həqiqətlər baxımından, öz siyasətinə bir daha nəzər yetirlməlidir”

Qabil Hüseynli: “Bayden yaddaşı və huşu yerində olmayan adamdır…”

Şahin Cəfərli: ““ABŞ kimi gücü olan dövlətin prezidentinin ermənipərəst olmasıyla bağlı iddialar qeyri-ciddi səslənir”

Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilən prezident seçkilərində demokratların namizədi, ölkənin əvvəlki vitse-prezidenti Co Bayden qalib gəldiyini açıqlayıb. Hələ rəsmi qərar olmasa da, Ermənistanın baş naziri Nikol Paşinyan Co Baydeni ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib. Paşinyanın Co Baydenə yazdığı uzun təbrik məktubunda həm də Azərbaycanla Türkiyədən şikayət yer alıb. Baş nazir bildirib ki, Azərbaycan Minsk qrupunun atəşkəslə bağlı tələblərini qulaqardına vurur. Paşinyan eyni zamanda ermənilər adından Baydenə xeyli yaltaqlanıb. Onun bu məktubundan belə qənaətə gəlmək olur ki, erməni baş nazir it həvəskarı olan Co Baydenin dəstəyi qarşısında hətta onun “iti” olmağa da hazırdır…

Milli Məclisin deputatı Jalə Əliyeva “Hürriyyət”ə açıqlamasında ABŞ və onun rəhbərliyinin Azərbaycanla olan münasibətlərinə bir daha diqqət yetirməli olduğunu deyib:

“Ümumiyyətlə, bu gün ABŞ-ın Los-Angeles ştatında çoxlu sayda ermənipərəst və erməniləri təbliğ edən qüvvələr var. Ermənilərin orda diasporası da aktiv fəaliyyət göstərir.  Bununla bərabər, ABŞ bütün dünyada demokatik dəyərlərə əsaslanan ölkə statusunu əldə edib.  Əgər həmin imicini qorumaq əzmindədirsə, ilk növbədə demokratik dəyərlərə əsaslanamalıdır. Eyni zamanda, ədalət prinsipinə əsaslanmalı və ölkənin idarəetməsində kimin olmağından aslı olmayaraq, həmin ölkənin müəyyənləşdirilmiş strategiyası varsa, ona uyğun hərəkət edilməlidir. Ölkələr və dövlətlər bir insanın istəyi ilə deyil, həmin ölkələrin xalqarının və mənafelərinin doğrultusunda idarə edilir. Belə olan halda böyük müvəfəqiyyət qazanılır. Nəzərə alaq ki, Azərbaycan böyük uğurlara imza atıb. Xüsusilə də son dövrlərdə qazanılan uğurları qeyd edə bilərik. Azərbaycan 30 ildən bəri həll edilməyən haqlı mübarizəsində  qələbə qazanırsa, bu o deməkdir ki, bölgədə söz və nüfuz sahibi olan Azərbaycanla digər ölkələrin də hesablaşmalı olduğu faktı ortaya çıxır. Bu baxımdan, ABŞ və onun rəhbərliyi Azərbaycanla olan münasibətlərinə bir daha diqqət yetirməlidir. Əgər bu günə qədər orda hansısa ermənipərəst qüvvələr təbliğat işləri aparırdısa, bundan sonra dəyişən dünya düzənində ABŞ-ın münasibəti də fərqli olacaq. Düşünürəm ki, belə də olacaq.  Hələ Baydenin qalib elan edilməsi rəsmi deyil. Bununla bərabər ilk təbrik edənlərdən biri də Ermənistanın baş naziri Nikol Paşinyandır. Baydenin prezidentliyi təsdiq edildikdən sonra  yeni hökümət ABŞ və ABŞ-la əməkdaşlıq edən ölkələrlə münasibətlər baxımından adekvat addımlar atacaq. ABŞ höküməti dünya düzənində dəyişən bu günki həqiqətlər baxımından, siyasətinə bir daha nəzər yetirlməlidir. Əgər bu siyasət tolerant və bütün millətlərə açıq siyasət olacaqsa, bu həm Amerika xalqı, həm də digər millətlər üçün faydalı olacaq. Hazırda hər hansısa konkret fikir söyləmək çox tezdir. Bayden prezident seçildiyi təqdirdə, yaxın günlərdə özünün açıqlayacaqlarına əsasən nəyisə proqnozlaşdırmaq olar”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə Baydenin prezidentlik üçün çox qoca olduğunu, Azərbaycan və eləcə də Türkiyəylə bağlı məsələlərdə normal qərar verə biləcək dünyagörüşü və həyata baxışı olan adam olmadığını bildirib:

“Bayden vaxtilə Azərbaycana qarşı 907-ci “azadlığa düzəliş” aktının müəlliflərindən biridir. Onun ermənipərəst olduğu çoxdan bəllidir. Hətta “Azadlığa düzəliş” aktının olması, Azərbaycana böhtan xarakteri daşıyır. Hələ də bu götürülməyib. Bu baxımdan, Bayden Azərbaycan və eləcə də Türkiyəylə bağlı məsələlərdə normal qərar verə biləcək dünyagörüşü və həyata baxışı olan adam deyil. Düşünürəm ki, prezidentlik üçün çox qocadır. Amerikanın halına acıyıram ki, dünyanın bir nömrəli dövləti özünə sağlam və dərrakəsi olan birini seçə bilmədi. Bayden Trampla debatı zamanı da bir neçə dəfə onun adını səhvən Corc Buş adlandırıb. Yəni yaddaşı və huşu yerində olmayan adamdır. ABŞ-da problemlər çox ola bilər. Eyni zamanda, Bayden özünə qadın müavin təyin edib, o da ermənipərəstdir. Güman edirəm ki, ABŞ beynəlxalq münasibətlərdə dövrünün çətin dönəminə qədəm qoyur”.

Politoloq Şahin Cəfərli Azərbaycanın müstəqilliyi tarixində iki dəfə demokratların hakimiyyətdə olduğunu və bu şəxslərin prezidentliyi dövründə Azərbaycanın əleyhinə hansısa ciddi qərarlar qəbul edilmədiyini deyib. Əksinə, Bill Klintonun prezidentiyi dövründə Azərbaycan-Amerika münasibələtlərinin inkişafı baxımından yaddaşlarda qalıb:

“ABŞ kimi gücü olan dövlətin prezidentinin ermənipərəst olmasıyla bağlı iddialar qeyri-ciddi səslənir. Düzdür, Amerika demokratları ölkədəki müxtəlif azlıqlara – istər milli etnik azalıqlara, istərsə də dini, irqi və seksual azlıqlara münasibətdə daha həssas siyasət yeridirlər. Bu azlıqlar əsasən demokratların seçici kütləsinə daxildir. Bu baxımdan təbii ki, demokratların da erməni icmasıyla müəyyən qədər yaxınlığı var. Bu, həqiqətdir. Xüsusən də ABŞ erməniləri əsasən, Koliforniya ştatında cəmləşiblər. Koliforniya ştatı isə liberal ştat sayılır. Yəni, demokratlara yaxın olan ştatdır. Buna görə də Koliforniyadakı erməni icmasının amerika siyasətçiləri üzərində, xüsusən də həmin ştatdan seçilən konqresin üzvləri üzərində təsir imkanları var. Amma, bunu çox qabartmağa da ehtiyac yoxdur. Çünki, biz dəfələrlə demokrat prezidentlərinin idarəçiliyini görmüşük. Azərbaycanın müstəqilliyi tarixində iki dəfə demokratlar hakimiyyətdə olub. Biri səkksiz illik Bill Klintonun, digər isə səkkiz illik Barak Obamın dövrüdür. Bu şəxslərin prezidentliyi dövründə Azərbaycanın əleyhinə hansısa ciddi qərarlar qəbul edilməyib. Məsələn, Bill Klintonun prezidentiyi dövrü – Azərbaycan-Amerika münasibələtlərinin inkişafı baxımından yaddaşlarda qalıb. Hətta, xüsusi qeyd etmək lazımdır ki, “Əsrin Müqaviləsi”lə neft kontraktının imzalanması və həyata keçirilməsini məhz Bill Klinton hökümətinin cidi dəstəyi olub. Baydenin ermənipərəst siyasətçi olmasıyla bağlı iddialar qeyri-ciddi səslənir. Çünki, istənilən Amerika prezidenti ilk növbədə dövlətin maraqlarını rəhbər tutur. Ona görə də bu maraqlara uyğun siyasət yürdür. ABŞ-ın maraqları tələb edir ki, bu regionda Azəbaycanla çox yaxşı münasibətlərə nail olsun. Eyni zamanda, Türkiyəylə də münasibətləri qoruyub saxlasın. İnanmıram ki, Amerika ermənipərəst siyasət aparsın. O, tanımaya fiqur deyil. Bayden Obamanın prezidentliyi dövründə səkkiz il çalışıb. O zaman o hkimiyyətdə 2-ci adam sayılırdı”.

YƏHYA