Bayden Trampı vurur

33

ABŞ-da prezidentliyə namizəd Co Baydenin media şəbəkələrinin onun seçicilər kollegiyasından 270-dən səs aldığını elan etməsindən sonra, o, ABŞ-ın 46-cı prezidenti olacaq. Kamala Harris isə ABŞ tarixində ilk rəngli qadın vitse-prezident olacaq. Bəs, Trampın uduzması Yaxın Şərq üçün nə anlama gəlir?

Qahirədəki Sisidən tutmuş Ər-Riyaddakı krala qədər olan başçılar Bayden administrasiyasının Vaşinqtonla münasibətləri necə dəyişəcəyindən narahatdırlar.

«Foreignpolicy» yazır ki, Co Bayden çərşənbə günü gecə “demokratiya işləyir” deyərkən, yalnız ona səs verən amerikalılara yox, dünyanın bir çox demokratlarına da zərbə vurdu. ABŞ daxilində və xaricindəki “mütərəqqi” (demokratların kifayət qədər kirli camaşırları var-hansı demokratiyadan söhbət gedir – müəl. insanlar demokratiyaya inamlarının doğrulandığını görəndə sevindikləri kimi, ABŞ-ın milli dövlət kimi varlığını saxlamasına tərəfdar olanlar prezident seçkilərini əsəbi şəkildə izləyirdilər və onlar Donald Trampın qazanmasına “stavka” etdilər.

Misir prezidenti Əbdülfəttah əs-Sisi və Səudiyyə Ərəbistanın faktiki hökmdarı vəliəhd Məhəmməd bin Salman, Trampın prezident olub-olmamasından asılı olmayaraq, istədiyi kimi daxili siyasət aparır və insan haqları pozuntularını sakitcə izləyirdilər. Misir həbsxanaları doludur və burada çox sayda işgəncə faktlarının baş verdiyi bildirilir. Əslində Sisi 2014-cü ildə Misirdə hakimiyyət çevrilişinin köməyi iqidara gəlmişdi və onun dəstəklənməsi də hakimiyyətdə Trampın və ya Baydenin olmasından asılı  olmayaraq ABŞ-ın mənafelərinə görə baş verirdi.

Ancaq söhbət yalnız xarici siyasətdən getmir. Avtoritar hesab edilən hökmdarların bugünkü narahatlığının səbəbi yalnız Tramp və Bayden siyasətləri arasında gözlədikləri hər hansı konkret fərqlə bağlı deyil. Bu gün Trampın getmək ərəfəsində olduğundan sevinən misirlilər və s. hətta küçələrdə rəqs edən amerikalılar belə, özlərinin “demokratiyanın qələbəsinə şahidlik etdiklərini” düşünüb, xoşbəxt olduqlarını hesab edə bilərlər, eyni zamanda demokratiyanın özünü düzəltmə mexanizmlərindən ilham alırlar.

Baydenin seçilməsi siyasətin şəffaflığına inanan, demokratiyanın qalib gələcəyinə ümidlənən sadəlövh adamların inam işığını yenidən alovlandırır. Söhbət Amerikadan gedir, ancaq Amerika Amerika deyil. Əgər Bayden həqiqətən ABŞ-ı “dünya üçün bir demokratiya işığı” vəd edirsə, bir çox amerikalı və qeyri-amerikalı ona inanmağa can atırsa, o, siyasi maraqlardan asılı olmayaraq Sisi və Məhəmməd bin Salman da daxil olmaqla avtokratik hökmdarlara qarşı mövqeyini açıq şəkildə qoymalıdır, hərçənd bu inandırıcı deyil.

Bu müdaxiləçi ABŞ xarici siyasətinə çağırış deyil. ABŞ onilliklər boyu əvvəlki administrasiyalar dövründə də Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələrindən aldığı xərac əvəzində hərbi yardım, siyasi himayə, silah satışı və s. təsir vasitələri sayəsində Misir və Səudiyyə Ərəbistanı kimi ölkələrə müdaxilə edir. Bunlar yerdəki reallıqlardır və bunlar bazarlıq qəbzləri kimi də başa düşülə bilər və belə də istifadə  olunur.

Bu, Baydenə əsas vermir ki, tərəfdaşlarına ABŞ neoimperializm qaydalarına uyğun olaraq rəhbərlik etsin. Həmçinin Misir və başqa dövlətlərlə uzun müddətdir ki, davam edən münasibətləri dayandırmaq çağırışı da deyil. Daha doğrusu, Baydenin seçilməsini tətikləyən, demokratların simvollaşdırdığı və insanlara sırıdığı demokratiyaya, demokratik dəyərlərə sadiq qalması üçün çağırışdır. Məsələn, Misir və Səudiyyə Ərəbistanındakı siyasi məhbusların sərbəst buraxılması, Baydenin həyata keçirməli olduğu bir addımdır.

Şükürova Ülviyyə