Bayden tamamilə qadınlardan ibarət komandanı təqdim edib

336

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti postuna seçilən Co Bayden ABŞ tarixində ilk dəfə Ağ Evin tamamilə qadınlardan ibarət kommunikasiya komandasını təqdim edib.

Bayden ABŞ Prezidentinin kommunikasiya işlərinə məsul olan şəxsləri seçib. Bu sahədə bütün əsas vəzifələr qadınlara verilib. Onlardan üçü – Keyt Bedinqfild, Cennifer Psaki və Elizabet Aleksandr – bundan əvvəl artıq Ağ Evdə işləyiblər.