Bayden Rusiyanı hədəfə aldı: “Bahasını ödəyəcəklər”

402

Hurriyyet.org xəbər verir ki, ABŞ-da Maliyyə, Ticarət, Daxili İşlər nazirlikləri başda olmaqla, bir çox idarə və təşkilata qarşı edilən və arxasında Rusiyanın olduğu iddia olunan kiber hücumlardan sonra çıxışında Moskvanı hədəfə alan Co Bayden deyib: “Mənim hökumətim kiber təhlükəsizliyi ən əsas prioritet məsələ hesab edəcək və işə başlayan kimi bu problemlə məşğul olacaq. Lakin yaxşı müdafiə əsas deyil, ilk növbədə, düşmənlərimizin cavabını verməliyik.

Bizə kiber hücumlar edənlər bunun bahasını artıqlaması ilə ödəyəcəklər”.