Bayden Pensilvaniya ştatında 1000-dən çox səslə Trampdan irəlidədir

51

Demokratlardan olan namizəd Cozef Bayden seçki bülletenlərinin 98 faizi yoxlanıldıqdan sonra ABŞ-ın Pensilvaniya ştatında prezidentliyə namizədlik uğrunda yarışda Respublikaçı Donald Tramp üzərindəki liderliyini artırıb.

Bu barədə Fox News telekanalı bildirib.

Məlumata əsasən, Cozef Bayden əlavə 1 min səs toplayaraq üstünlüyünü daha da artırıb.

 

C.Bayden 3 297 614 səs toplayır, rəqibi D.Trampa isə 3 290 788 nəfər səs verib. Beləliklə, ABŞ-ın keçmiş vitse-prezidenti 6 826 səslə irəlidədir. \\Trend