Bayden Miçiqanda Trampı GERİDƏ QOYDU

45

ABŞ-da Demokratlar pariyasından prezidentliyə namizəd Co Bayden Miçiqan ştatında rəqibi Donald Trampı üstələyib.

Bülletenlərin 94%-nin hesablanmasından sonra ortaya çıxan nəticələrə görə, Bayden Miçiqanda səslərin 49,4%-ni, Tramp isə 49,0%-ni toplayıb. Bir neçə saat əvvəl isə bu ştat üzrə Tramp liderlik edirdi.

Qeyd edək ki, Miçiqan seçkidə qələbə qazanmaq üçün mühüm ştatlardan biridir. Belə ki, bu ştat namizədə lazım olan 16 seçici səsini qazandıracaq.

Qeyd edək ki, bülletenlərin 94%-nin hesablanmasından sonra ştatalar üzrə nəticələr belədir:

Corciya ştatı – Tramp 50,5%, Bayden 48,3%

Şimali Karolina – Tramp 50,1%, Bayden 48,6%

Viskonsin – Bayden 49,4%, Tramp 48,8% (bülletenlərin 97%-nin hesablanmasına əsasən) \\Konkret