Bayden: “İndi Rusiya ABŞ üçün ən böyük təhlükədir”

57

Hurriyyet.org xəbər verir ki, Demokratlar Partiyasından ABŞ Prezidenti postuna namizəd Co Bayden Rusiyanın Birləşmiş Ştatlar üçün ən böyük təhlükə olduğunu söyləyib.

Bayden CBS kanalına müsahibəsində deyib: “Mənim fikrimcə, indiki məqamda təhlükəsizliyimizin və ittifaqlarımızın pozulması baxımından  Amerika üçün ən böyük təhlükə Rusiyadır. İkincisi, Çinin ən böyük rəqibimiz olduğunu hesab edirəm”.

Baydenin fikrincə, Rusiya-Amerika münasibətlərinin gələcəyi ABŞ-dan asılıdır. Ölkələr sonralar da rəqib qala bilərlər, yaxud da bu, “güc nisbəti planında daha böyük rəqabətə çevrilə bilər”.