Bayden Cen Psakini vəzifəyə gətirir

450

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Ağ Evin mətbuat katibi vəzifəsində Cen Psakini təyin etmək niyyətindədir.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə bir sıra aparıcı ABŞ KİV-ləri məlumat yayıb.

Psaki daha əvvəl Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri olub, hazırda Baydenin keçid komandasının məsləhətçisidir.

Bildirilir ki, C.Bayden Ağ Evin kommunikasiyalar üzrə direktoru vəzifəsinə Keyt Bedinqfildi təyin etmək niyyətindədir.