Bayden: “ABŞ oyuna qayıdacaq”

81

Hurriyyet.org xəbər verir ki, Demokratlar partiyasından ABŞ Prezidenti postuna namizəd Co Bayden öz “Tvitter” hesabında qalib gələcəyi təqdirdə həyata keçirəcəyi planlarından bəhs edib.

Bayden yazıb: “Dünya liderləri ilə danışarkən onlara deyirəm: Amerika qayıdacaq. Biz oyuna qayıdacağıq”.

Artıq bir sıra dövlətlərin başçıları Baydeni təbrik ediblər. O, Trampın xarici siyasətlə bağlı bəzi ən ziddiyyətli qərarlarını ləğv eləmək niyyətindədir. Bayden ABŞ-ın iqlimlə bağlı Paris razılaşmasına qayıtmasını zəruri hesab edir. O, ABŞ-ın yenidən Ümumdünya Səhiyyə Təşkilatının üzvü olmasını və İranla danışıqları bərpa eləməsini istəyir.