Bayden əslində kimdir: Rusiyanı düz çökdürəcək siyasətçi, yoxsa…

813

ABŞ-a rəhbərlik edəcək Co Baydenin əsl kimliyi Rusiya mediasında yaradılan – “yalnız şərti dövlət başçısı olacaq zəif qoca obrazı”ndan uzaqdır. Əslində, nəhəng xarici siyasət təcrübəsi, strateji düşüncəsi olan və mümkün qədər sərt davranmağa istəkli, hazır professional siyasətçidir. ABŞ və dünya tarixində iz qoymağa çalışan bütün iddialı yardımçılardan ibarət komanda ona bunda kömək edəcək.

2011-ci ildə Bayden söyləmişdi ki, Putinin gözlərinə baxdı, ancaq orada ruh görmədi. Putinin cavabı belə oldu: “Bir-birimizi başa düşürük”. İndi Bayden ABŞ-ın 46-cı prezidenti olduğu və Putinin 2036-cı ilədək Konstitusiyaya edilən dəyişikliklər sayəsində Kremldə qala bildiyi vaxtda, Rusiya və ABŞ liderləri arasında tarixdəki ən soyuq münasibətlər olmaq riski daşıyır.

Rusiyada Baydenin xarici siyasəti çox vaxt Barak Obama ilə müqayisə edilir. Həqiqətən, indi Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasında, Müdafiə Nazirliyində və ABŞ-ın BMT-dəki nümayəndəliyində vəzifə alacaq kadrların çoxu əvvəl Obamanın rəhbərliyi altında çalışmışlar. Bununla birlikdə, Bayden özü xarici siyasət məsələlərində keçmiş bossundan – Obamadan qat-qat inkişaf etmiş insandır.

Bayden 78 yaşındadır, Obamadan fərqli olaraq Soyuq Müharibəni öz gözləri ilə görb, bu barədə kitablardan oxumayıb. 1972-ci ildə senator oldu və ilk dəfə uğursuz SALT II müqaviləsi imzalananda 1979-cu ildə Moskvaya gəldi. On il sonra yenidən Orta Mənzilli Nüvə Silahları Müqaviləsi imzalanandan dərhal sonra buraya gəldi – bu, Trampın keçən il ABŞ-ı çıxardığı razılaşma idi.

Baydenin Qromıko ilə əl sıxışdığı fotoşəkil Rusiya sosial şəbəkələrində geniş yayılmışdı. Bu, Bayden və Obama arasındakı Rusiyaya yanaşmalardakı əsas fərqi mükəmməl şəkildə göstərir: Bayden üçün Moskva ilə indiki qarşıdurma, müharibənin özü kimi, ABŞ-ın qazanması lazım olan Soyuq Müharibəyə girişdir.

Əlbəttə ki, Biden Rusiya ilə Sovet İttifaqına “bərabərlik” işarəsi qoymur. 70-ci illərin əvvəllərindən bəri senator, Senatın Xarici Əlaqələr Komitəsinin uzunmüddətli rəhbəri, Obamanın iki prezidentlik dövründə vitse-prezidenti olan Co Bayden yarım əsrdir dünya siyasətində fəal iştirak edir. Çini ABŞ-ın əsas rəqibi görsə də, Rusiyanı əsas təhlükə adlandırır.

Bayden, Rusiyanın dərin tənəzzüldə olduğunu, ömrünün bitdiyini, tamamən neft qiymətlərindən asılı olduğunu və ümumiyyətlə Qərblə rəqabət edə bilməyən korrupsiyalaşmış KQB agentlərinin nəzarəti altında ikinci dərəcəli güc olduğunu söyləyir. Moskvanın Qərbi daxildən zəiflətməyə, NATO, Avropa Birliyini və bütövlükdə liberal dünya nizamını içəridən pozmağa çalışdığına inanır. Bayden üçün Rusiya ABŞ ilə qarşıdurmanı keçmiş SSRİ-nin hüdudlarından kənarda – məsələn, Afrikada – aparan və getdikcə Çinə yaxınlaşan aqressiv, revanşist bir qüvvədir.

Eyni zamanda Bayden düşünür ki, Soyuq Müharibənin sonunda Rusiyanı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq sistemə inteqrasiya etmək cəhdi səhv idi. Təşəbbüs NATO-nun Şərqə genişlənməsi səbəbindən yox, onun nöqteyi-nəzərindən Rusiyadakı hakimiyyətin güc orqanlarının – “silovikilərin” əlində olması idi.

Bununla belə, Bayden ümidini itirmir. Ola bilsin ki, Putini 2011-2012-ci illərin “Ərəb Baharı” üslubunda devirmək alınmadı, ancaq gələcəkdə bunun üçün yeni imkanlar yarana bilər. Buna görə də, Bayden hesab edir ki, Rusiyanı küncə sıxışdırmaq lazım deyil: çünki bu halda Rusiya ABŞ üçün çox təhlükəli olacaq. İkincisi, ona görə ki, Putin hakimiyyəti yalnız millətçilik və anti-Amerika ab-havası sayəsində əlində saxlayır. Rusiya nə vaxtsa özünə gələcək, Putinin siyasətindən imtina edəcək və Qərblə əməkdaşlıq olmadan inkişaf edə bilməyəcəyini başa düşəcək.

Bütün bunlar, Bayden Rusiya istiqamətində gələcək siyasətini qiymətləndirməyə imkan verir. Çox güman ki, ABŞ Rusiya istiqamətində işləyən müxtəlif departamentlərin koordinasiyasını quracaq, kiber məkanda Moskvaya qarşı hücum təşkil edəcək, müttəfiqləri və tərəfdaşları ilə əlaqələri gücləndirəcək və Rusiyaya təzyiq göstərərək, hər bir addım üçün yüksək qiymət ödəməyə məcbur edəcək.

İki ölkə arasındakı qarşıdurmaya gəlincə, Bayden bunu ABŞ və Rusiya arasında deyil, oğru Rus rejimi ilə xalq arasındakı qarşıdurma kimi şərh edəcək. Amerika bu qarşıdurmada Rusiyanın “yeraltı vətəndaş cəmiyyətini” dəstəkləyəcək. Belə ki, Bayden dövründə Kremli adi vətəndaşların gözündə nüfuzdan salmalı olan korrupsiya ilə bağlı yeni ifşa hekayələri gözləməyə dəyər.

Rusiya-Amerika qarşıdurmasını demokratiya və insan haqları problemləri müstəvisinə keçirməklə yanaşı, Bayden ABŞ-ın post-sovet məkanındakı mövcudluğunu da gücləndirə bilər. Obamanın dövründə Ukraynanın kuratoru Bayden idi və son aylarda Rusiyanı Lukaşenkoya dəstək verdiyi, həm də Dağlıq Qarabağdakı fəaliyyətinə görə sərt tənqid etdi. İndi prezident olduqdan sonra postsovet məkanında da ABŞ və Rusiya arasında gərginliyin artacağına şübhə yoxdur.

Baydenin qələbəsi, NATO siyasətinə birlik qatacaq. Son bir neçə ayda Avropanın Rusiyaya qarşı mövqeyi kəskinləşdi və Amerikaya yaxınlaşdı. Almaniya vəkillikdən Avropa Birliyində Rusiyanın əsas tənqidçisinə çevrildi və yeni sanksiyalara başlayır. Bəlkə də Bayden Trampın Vaşinqton ilə Berlin arasında yaratdığı uçurumu aradan qaldırmaq üçün almanlara “Şimal Axını 2”-nin taleyini özlərinin həll etməsi imkanını verəcək. Bununla birlikdə, Vaşinqtonun AB-nin Rusiya enerjisindən asılılığı ilə bağlı narahatlıqları ortadan qalxmayacaq.  ABŞ Konqresi Moskvanın Avropadakı enerji layihələrinə qarşı çıxır, buna görə çox güman ki, Bayden Trampı izləyərək Almaniyaya “Şimal Axını 2”-dən imtina etməsi üçün təzyiq göstərməyə davam edəcək.

Co Bayden Trampın Rusiyada komanda məntəqələrini və strateji obyektləri hədəf alan Amerika orta mənzilli raketlərin davamlı yerləşdirilməsi ilə bağlı siyasətini davam etdirə bilər. O, silahlara nəzarət sisteminin qorunmasının tərəfdarıdır, lakin güc mövqeyindən danışmağı tərcih etdiyi üçün ABŞ raketlərini Rusiya sərhədləri yaxınlığında yerləşdirə bilər. Əgər Bayden dövründə ABŞ Rusiya ilə strateji sabitlik məsələlərində danışıqlara başlayarsa, bu məsələ tarixdə ən sərt danışıqlar olacaq.

Avropa ilə əlaqələrin möhkəmləndirilməsi Çinlə kiçik təcavüz ilə müşayiət oluna bilər – Pekin də buna can atır. Həm Avropa, həm də Çin Rusiyaya geosiyasi təzyiqi artıracaq, bu da onun manevr imkanlarını daha da azaldacaq. Bütün bu elementlər Bayden rəhbərliyinin daha geniş strategiyasının bir hissəsi olacaq, Rusiyanın aparıcı rolda olmasa da onun bir hissəsi olacaq. Ağ Evin əsas məqsədi Putin rejiminin müqavimətini sarsıtmaq, Moskva ilə Pekin arasındakı müttəfiqliyi bitirmək və Rusiyanı Qərbin “qapazaltı, sözəbaxan” əlaltısı mövqeyinə oturtmaqdır.

Baydenin prezidentlik müddəti Putinin səlahiyyət müddəti ilə eyni vaxtda – 2024-cü ildə başa çatır. Bu illər ərzində Rusiya prezidenti qərar verməlidir ki, yenidən namizədliyini versinmi? Deməli, Kremlin kimlərlə üz-üzə qalacağını başa düşməsi yaxşıdır.

Ülviyyə ŞÜKÜROVA