“Dollar 3 manat olacaq” – YAP-çı iqtisadçıdan qorxulu proqnoz

    6

    – Bax, bu cür adamları idarəetmədən kənarlaşdırmaq lazımdır. Onlar ölkə rəhbərinə də işləməyə imkan vermirlər. Öz vəzifələrini yerinə yetirə bilmədiklərindən indiki durum yaranıb. Yaxud Müdafiə Nazirliyi, Sərhəd Qoşunları niyə daxili məhsulları xaricdən alır? Kəndlilər, fermerlər sual edirlər ki, niyə onlara sifariş verilmir? Əlbəttə, problem inhisarçılıqdadır. Gərək Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı hökumətin qarşısına təkliflər paketi qoysun. Onların işi isə büdcədən ayrılan vəsaiti darmadağın etməkdir. Son 10 ildə də belə olduğundan bütün sahələr tənəzzülə uğrayıb. Azərbaycanı bu vəziyyətə salan büdcədən qeyri-qanuni mənimsəmələrdir./qaynar.info/