“Bavariya” UEFA Superkubokunun sahibi oldu

54

UEFA Superkubokunun yeni sahibi müəyyənləşib. Sayca 45-ci Superkubok uğrunda oyunda Çempionlar Liqasında 2019/2020 mövsümünün qalibi Almaniya “Bavariya”sı ilə son Avropa Liqasını qazanan İspaniya “Sevilya”sı üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdəki “Ferents Puşkaş” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada daha 1 dəfə fərqlənən Münhen təmsilçisi tarixində 2-ci dəfə Superkubokun sahibi olub.
Qeyd edək ki, pandemiya dövründə ilk dəfə avrokubok matçı azarkeşlərin iştirakı ilə keçirilib. Stadionun 30 faizinə azarkeşlər buraxılıb.

24 sentyabr

23:00. “Bavariya” (Almaniya) – “Sevilya” (İspaniya) – 2:1
Qollar:
 Okampos, 13-pen (0:1), Qoretska, 34 (1:1), Martines, 104 (2:1)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt. “Ferents Puşkaş” stadionu