“Başları çiyinlərinin üstündə qalmayacaq” – Ərdoğan Əsəd hökumətini HƏDƏLƏDİ

12

Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan bu gün hakim AKP-nin (Ədalət və İnkişaf Partiyası) üzvləri ilə görüşündə Əsəd hökumətinin öz tarixində ən böyük itki verdiyini qeyd edərək, deyib: “Əgər dərhal Türkiyənin müəyyənləşdirdiyi sərhədlərdən kənara çıxmasalar, bir müddət sonra çiyinlərinin üstündəki o başlar da qalmayacaqdır”.

Ərdoğan deyib: “Bizim xoş niyyətimizdən sui-istifadə edənlərə gücümüzü hələ indi-indi göstərməyə başlayırıq, bu, hələ başlanğıcdır.

Biz bu qafillərə Türkiyənin lazım gələndə başını verən, lakin baş əyməyən bir dövlət olduğunu göstəririk. İşlərin bu həddə çatması bizi narahat edir. Bunların günahkarı arxalandıqları qüvvələri öz cüssələri hesab edərək bizə meydan oxuyanlardır.

Əsəd rejimi dərhal Türkiyənin müəyyənləşdirdiyi sərhədlərdən kənara çıxmazsa, çiyinlərinin üstündə başları belə qalmayacaq.

Buradan İrana və Rusiyaya səslənirəm. Suriyada sizinlə dərdimiz yoxdur. Türkiyənin Suriyadakı mübarizəsi nə torpaq qazanmaq, nə də başqa bir şey üçün mübarizə deyil. Ölkəmizə yönəlmiş milyonlarla qaçqın problemini həll eləmək səyidir”.

Hurriyyet.org