““BAŞ”sız qalan Neftçala rayonunda vətəndaşların hüquqları pozulmaqda davam edir” – KAMRAN ƏSƏDOV

6

 “İlk gündən dediyim kimi, seçkinin nəticəsindən asılı olmayaraq, bundan sonra yalnız təhsil məsələsi ilə bağlı yox, istənilən məsələ ilə bağlı Neftçalalıların yanında olacam”. Hurriyyet.org xəbər verir ki, bu barədə 61 saylı Neftçala seçki dairəsindən namizədliyini irəli sürmüş təhsil eksperti Kamran Əsədov deyib.

“Bir qrup şəxs Abasallı və Tatarməhlə kəndlərinin örüş və otlaq sahələrini zəbt edir, mənimsəyir”

Əsədovun sözlərinə görə, hazırda yaşanan ciddi problemlərdən biri Neftçala rayon Abasallı və Tatarməhlə kəndlərinin örüş və otlaq sahələri ilə bağlıdır: “Maraqlıdır ki, rayonun icra başçısı, müavini yox, səlahiyyəti şəxslər yoxdur, bundan istifadə edən bir qrup şəxs həmən kəndlərin otlaq və örüş sahələrini zəbt edir, mənimsəyir. Baxmayaq ki, həmən torpaqların təyinatı üzrə istifadəsi yalnız otlaq və örüş sahələridir, amma hələ də özünü qanundan üstün hesab edənlər qanunsuz olaraq kənd sakinlərinin torpaqlarını ələ keçirirlər. Bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunsa da, hələ də müsbət cavab verən olmayıb”.

 Şamo EMİN, Hurriyyet.org