“Başa düşməliyik ki, bizi çox çətin matç gözləyir”

60
“Vilyarreal”ın futbolçuları “Qarabağ”la oyundan danışdılar

“Vilyarreal”ın futbolçuları Avropa Liqasının I qrupunun II turunda “Qarabağ”la keçirəcəkləri oyun barədə klubun rəsmi saytına açıqlamasında fikirlərini bildirib. Sport24.az xəbər verir ki, əvvəlki illərdə qrup mərhələsinin ilk səfər oyunlarında əziyyət çəkdiklərini xatırladan komandanın kapitanı Mario Qaspar bu dəfə yaxşı nəticəyə ümid etdiklərini söyləyib: “Mövqeyimizi qorumaq istəyirik. Əvvəlki təcrübələr göstərir ki, bu turnirdə istənilən rəqibi məğlub etmək çox çətindir”.

Fransalı yarımmüdafiəçi Fransis Koklen Təl-Əviv “Makkabi” ilə ilk görüşdəki qələbənin davamını gətirmək istədiklərini bildirib: “3 xalımız var. Qrupdan çıxmaq üçün bu vəziyyəti saxlamaq istəyirik. Qarşıdan Avropa Liqasının oyunu gəlir. Bu, avrokuboklarda səfərdə keçirəcəyimiz ilk matçdır”.

Yarımmüdafiəçi Visente İborra isə iddialı komanda olduqlarını vurğulayıb: “Avropada uğur qazanmaq üçün yaxşı heyətimiz var. Amma arxayınlaşmamalıyıq. Başa düşməliyik ki, bizi çox çətin oyun gözləyir”.

Qeyd edək ki, “Qarabağ” – “Vilyarreal” matçı bu gün – oktyabrın 29-da İstanbulda “Başakşehir Fatih Terim” stadionunda baş tutacaq.