Baş nazirin oğlu atasının da qatıldığı seçkilərdə BİABIR OLDU – FOTO

    18

    İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu atasının da qatıldığı seçkilərdə biabır olub.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, o, İsraildə seçkilərə gedən ərəblərin yerinə İstanbulda seçkilərə gedən əhalinin fotosunu paylaşıb.

    Onun bu səhvi sosial mediada lağlağı mövzusu olub.

    Qeyd edək ki, İsraildə parlament seçkilərindən sonra Baş nazir Benyamin Netanyahunun partiyası koalisiya quracaq mandat sayı əldə edə bilməyib.