İordaniyanın Baş naziri Hani əl-Mülki istefa verdiyini açıqlayıb.
Hurriyyet.org xəbər verir ki, baş nazir istefasına səbəb kimi ölkədə 6 gündür davam etiraz aksiyalarını göstərib.
Xatırladaq ki, ölkədə yeni vergi qanunundan narazı qalan vətəndaşlar genişmiqyaslı etiraz aksiyaları keçirir. Aksiyaçılar hökumətin istefasını və parlamentin buraxılmasını tələb edir./axar.az/