Baş ağrısını dərmansız yox etməyin ÜSULLARI

    9

    Ramazan ayının ilk günlərində bədən oruca alışmadığı üçün baş ağrısının olması normaldır.

    Baş ağrısı xüsusilə axşama doğru şiddətlənir. Baş ağrısının təbii və asan yollarla müalicə üsulları bəzən dərmanlardan daha yaxşı təsir göstərir.

    Baş ağrısının alternativ tibbi müalicə üsullarını təqdim edirik:

    Lavanda yağı istifadə edin

    Lavanda yağı baş ağrısını azaldan ən effektli təbii üsullardan biridir. Gözəl qoxuya malik olan bu bitki baş ağrısına da yaxşı təsir edir. Hər gün alnınıza masaj edərək tətbiq edin. Yaxud da 2 və ya 3 stəkan qaynamış suyun içinə 3-4 damcı lavanda yağı əlavə etdikdən sonra buxarını qoxulayaraq baş ağrısı problemindən qurtula bilərsiniz.

    Nanə yağı ilə baş ağrısının təsirli müalicə üsulu

    Nanə yağı baş ağrısını dərmansız aradan qaldıran möcüzəvi üsuldur. Qaynar suyun içinə bir miqdar nanə yağı əlavə edib yenə bir müddət buxar vannası qəbul edin.

    Nanə çayı isə acını rahatlaşdırmaq üçün istifadə edilən güclü sakitləşdiricidir. Çobanyastığı çayı da ağrını azaltmağa yardım edir. Odur ki, iftarda qara çayla yanaşı bitki çaylarına da yer verin.

    Reyhan yağının faydası

    Reyhan yağı baş ağrısını müalicə edir. O, beyin sinirlərini sakitləşdirir.

    Kətan toxumu ilə baş ağrısına son

    Omeqa 3 baxımından olduqca zəngin olan kətan toxumu baş ağrısının səbəb olduğu iltihabları aradan qaldırır.

    Masaj edin

    Müəyyən masaj texnikaları ilə qısa müddətdə baş ağrısından xilas olmaq mümkündür. Əllərinizlə başınıza dairəvi hərəkətlər edərək masaj edin.

    Qaşların arasından alnınıza doğru və burun deşikləri üzərindən göz kənarlarına doğru masaj edərək baş ağrısını azalda və ya tamamilə yox edə bilərsiniz. Yaxud da gicgahlarınıza 2 kartof dilimi qoyaraq 30 dəqiqə gözləyin.

    Açıq havada gəzintiyə çıxın

    Uzun müddət qapalı şəraitdə qaldıqda oksigen çatışmazlığından dolayı başınız ağrıya bilər. Odur ki, açıq havada yürüşə çıxın. Həyətdə, ya da parkda yürüşə çıxmaq baş ağrısını azaldır.

    İsti duş qəbul edin

    Gərginlik nəticəsində yaranan baş ağrısını yox edən ən təsirli üsul isti duşdur. İsti duş həm bədəni rahatlaşdıracaq, həm də baş ağrısını yox edəcək.

    Soyuq kompres

    Bütün sadaladıqlarımızın heç bir təir etmirsə, bir yerə uzanın və 15 dəqiqə ərzində ağrılı nahiyəyə buz torbası tətbiq edin.

    Sarımsaq

    Sarımsaq suyunu 1 xörək qaşığı bal ilə qarışdırıb udun. Bu, beyin duyğularını yenidən canlandıracaq və ağrını azaldacaq. \\Publika.az

     

    HURRİYYET.ORG