Baş Prokurorluq Hesablama Palatasının BNA ilə bağlı müraciətini rədd etdi – SENSASİYA

51

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Hesablama Palatasının 2019-cu ildə Bakı Nəqliyyat Agentliyində audit zamanı dövlət satınalmaları ilə bağlı aşkarlanan hallarla əlaqədar korrupsiyaya yol verilməsi ittihamı ilə materialların prokurorluğa göndərilməsi məsələsinə münasibət bildirib.

Vüsal Kərimli bildirib ki, bu məsələyə Baş Prokurorluqda baxılıb və əsassız olduğu üçün rədd edilib: “Hesablama Palatası tərəfindən Baş Prokurorluğa müraciət olunub. Baş Prokurorluq əsası olmadığından işi rədd edib”. \\APA