Baş nazir canlı yayımda çıxış edərkən zəlzələ baş verdi – VİDEO

54

Yeni Zenlandiyanın Baş naziri Casinda Arderin zəlzələ baş verən zaman kameralar önündə soyuqqanlı davranması rəğbətlə qarşılanıb.

“Sondakika” xəbər verir ki, 5,8 bal gücündə zəlzələnin episentri Yeni Zenlandiyanın şimalında yerləşən Levin şəhərində yerləşib.

Təxminən 30 saniyə davam edən yeraltı təkanlar insan itkisi və dağıntıya səbəb olmayıb.

Hadisə zamanı teleziya verlişlərinin birində canlı yayımda çıxış edən 38 yaşlı baş nazir təmkinlə hərəkət edərək, zəlzələ bitdikdən sonra çıxışını davam etdirib. \\Oxu.az