Baş həkim: “Sona qədər koronavirusa qarşı mübarizədə iştirak edəcəyik”

48

“Sona qədər bu xəstəliyin mübarizəsində iştirak edəcəyik və qalib olacağıq”.

Musavat.com-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Cəlilabad rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov deyib.

E.Azadxanov bildirib ki, Azərbaycanda bu virus fevral ayının sonlarında aşkarlanıb: “Ümumilikdə 51 xəstəxana koronaviruslu xəstələrin müalicəsinə cəlb edilib. Bütün xəstəxanalar qısa zamanda mobilləşdi. Biz bütün cihazlarla, dərman preparatları ilə təchiz olunmuşuq. Biz ilk olaraq 3 karantin qrupunu yola salmışıq. İlk gündən xidmətin yüksək səviyyədə təşkil olunması göz önündədir. Dünyada koronavirusa yoluxma sayı ilə ölüm sayının müqayisəsi, aparılan müalicə və bizdə olan çarpayı bazası, süni tənəffüs cihazlarımızın sayını müqayisə etsək, ortaya müəyyən cavablar çıxacaq”.

Afaq Mirayiq,
Musavat.com