Bartomeu Messi ilə görüşdən imtina etdi

63

“Barselona”nın prezidenti Xosep Bartomeu kapitan Lionel Messinin komandanı tərk etməsi üçün güzəştə getmək istəmir.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu Bartomeu ilə görüşmək istəyib. Klub prezidenti isə bu təklifi qəbul etməyib.

Rəhbərlik 33 yaşlı oyunçunu yalnız müqavilədə qeyd olunmuş 700 milyon avroluq təzminatın ödəniləcəyi təqdirdə satacaqlarını bildirib.

Qeyd edək ki. L.Messinin “Barselona” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. O, klub rəhbərliyindən narazı olduğu üçün sözləşməyə xitam vermək niyyətindədir.

Messinin müqaviləsində müqaviləni birtərəfli qaydada pozmağa imkan verən bənd var.