Bartez məşqçiliyə başladı

183

Fransa yığması ilə dünya çempionu olmuş Fabyen Bartez məşqçiliyə başlayıb.
Qol.az xəbər verir ki, 49 yaşlı keçmiş qapıçı Fransanın “Tuluza” klubunda məşqçi kimi çalışacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bartez qapıçılarla iş üzrə məşqçi təyin olunub. Qeyd edək ki, “Tuluza”nın yetirməsi olan Bartez karyerası ərzində “Monako”, “Marsel”, “Olimpik”, “Mançester Yunayted” və “Nant”da çıxış edib.