“Barselona” ilə “Yuventus” bir qrupda ÇL-də qrup mərhələsinin püşkü atıldı

6

Çempionlar Liqasının 2020/2021 mövsümündə qrup mərhələsinin püşkü atılıb. “Hürriyyət” xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində gerçəkləşib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşehir” PSJ (Fransa), “Mançester Yunayted” (İngiltərə) və “Leyptsiq”ə (Almaniya) rəqib olub. Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına oktyabrın 20-də start veriləcək.

A qrupu: “Bavariya” (Almaniya), “Atletiko” (İspaniya), “Zaltsburq” (Avstriya), “Lokomotiv” (Moskva, Rusiya)

B qrupu: “Real Madrid” (İspaniya), “Şaxtyor” (Ukrayna), “İnter” (İtaliya), “Borussiya” (Mönxenqladbax, Almaniya)

C qrupu: “Porto” (Portuqaliya), “Mançester Siti” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Marsel” (Fransa)

D qrupu: “Liverpul” (İngiltərə), “Ayaks” (Niderland), “Atalanta” (İtaliya), “Midtüllann” (Danimarka)

E qrupu: “Sevilya” (İspaniya), “Çelsi” (İngiltərə), “Krasnodar” (Rusiya), “Renn” (Fransa)

F qrupu: “Zenit” (Rusiya), “Borussiya” (Dortmund, Almaniya), “Latsio” (İtaliya), “Brügge” (Belçika)

G qrupu: “Yuventus” (İtaliya), “Barselona” (İspaniya), “Dinamo” (Kiyev, Ukrayna), “Ferentsvaroş” (Macarıstan)

H qrupu: PSJ (Fransa), “Mançester Yunayted” (İngiltərə), “Leyptsiq” (Almaniya), “Başakşehir” (Türkiyə).