Barda su vermədiyi üçün dostunu öldürənə HÖKM OXUNDU

    27

    Barda yaranan mübahisədən sonra dostunu öldürən 1994-cü il təvəllüdlü Zaur Qasımovun məhkəməsi davam edib.

    Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hakimlər kollegiyasının hökmünə əsasən, Zaur Qasımov 19 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə 2017-ci il noyabrın 27-nə keçən gecə Bakının Sabunçu rayonunun İkinci Zabrat qəsəbəsində gecə klubunda baş verib. Zabrat sakini, 1994-cü ildə anadan olmuş Qasımov Zaur Akif oğlu Naxçıvan sakini, 1995-ci il təvəllüdlü Məmmədov Xəyal Qorxmaz oğlunu münaqişə zəminində öldürüb.

    Hadisəyə səbəb barda olan zaman Zaur Qasımovun dostundan su istəməsi olub. Lakin Xəyal Məmmədov ona su verməyib.

    Bunun üstündə dostlar arasında dava düşüb və Z. Qasımov X. Məmmədovu bıçaqla vuraraq qətlə yetirib./lent.az/