Barantes: “Rusiya “Qarabağdakı kimi” dronlar müharibəsinə hazırdırmı?”

129

Hurriyyet.org xəbər verir ki, Azərbaycan ordusunun Vətən müharibəsindəki uğurlarında böyük rol oynamış türk silahlı dronları barəsində Rusiyanın tanınmış qəzetlərindən olan “Komsomolskaya pravda” da bəhs edib.

Qəzetdə hərbi ekspert Viktor Barantesin “Rusiya “Qarabağdakı kimi” dronlar müharibəsinə hazırdırmı?” başlıqlı məqaləsi dərc edilib.

Türk dronlarının erməni hədəflərini vurduğu təsvirləri heyranlıqla izlədiyini bildirən ekspert bu döyüşlərin kompüter qrafikası ilə bəzədilmiş video oyuna bənzədildiyini yazıb.

Məqalədə Türkiyənin silahlı “Bayrakdar” PUA-sının bir sutka boyunca 8 km hündürlükdə uça və oradan hücum edə bildiyi qeyd edilib.

Müharibənin taleyinə hökm edəcək

Təhlildə dünyanın modern texnologiyalarla təchiz edilmiş hərb dövrünə qədəm qoyduğu diqqətə çatdırılıb, gələcəkdə ən yaxşı silahlarla təchiz edilmiş dronların müharibələrin taleyinə hökm edəcəyi vurğulanıb.

Suriyada sınaqdan keçirilən Rusiya istehsalı olan dronların yalnış kəşfiyyat xarakterli olduğu və texnoloji cəhətdən Qarabağda istifadə edilən müasir dronlardan geri qaldığı bildirilib, Rusiyanın Azərbaycanın apardığı müasir müharibə anlayışına hazır olub-olmadığı sualı qoyulub. https://www.kp.ru/daily/217196/4306709/?from=twall